Əsas məzmuna keç
Bakı +10°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
ENA+

"Biz müqaviləni pozacağıq və razılaşmadan çıxacağıq"

"Biz müqaviləni pozacağıq və razılaşmadan çıxacağıq"

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların orta və yaxın mənzilli raketlər (OYMR) üzrə razılaşmadan çıxacağını bildirib. 

"Bİ" xəbər verir ki, bu barədə "Report" "Associated Press"ə istinadən xəbər verir.

Məlumata görə, Ağ Ev rəhbəri rəsmi Moskvanı razılaşmanı pozmaqda ittiham edib. 

"Mən bilmirəm niyə Obama (ABŞ-ın sabiq prezidenti Barak Obama - red) niyə danışıqlar aparmayıb və ya ABŞ-ı razılaşmadan çıxarmayıb? Biz onlara razılaşmanı pozmağa imkan verməyəcəyik. Rusiya sazişə əməl etmədi, buna görə də təəssüf ki, biz müqaviləni pozacağıq və razılaşmadan çıxacağıq", - deyə o bildirib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə