Əsas məzmuna keç
Bakı +11°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Hi-Tech

Böyük Britaniya 16 yaşadək uşaqlar üçün Spotify və YouTube Kids-i də qadağan edə bilər

Böyük Britaniya 16 yaşadək uşaqlar üçün Spotify və YouTube Kids-i də qadağan edə bilər

Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların Spotify, YouTube Kids və LEGO Play daxil olmaqla, təxminən 150 onlayn platformadan istifadəsini məhdudlaşdırmağı nəzərdən keçirir.

ENA.az “The Guardian”a istinadən xəbər verir ki, Leyboristlər hökuməti uşaqların internet təhlükəsizliyini artırmaq məqsədilə yaş yoxlaması tələblərini genişləndirməyə hazırlaşır.

Məhdudiyyət layihələrinin bu həftə hökumətin təsdiqinə təqdim olunacağı, mədəniyyət naziri Liza Nandinin isə dekabrda təklifləri parlamentə çıxaracağı gözlənilir.

Siyahıya tövsiyə alqoritmlərindən istifadə edən, çat funksiyası və istifadəçilərin məzmun paylaşmaq imkanları olan xidmətlərin daxil edildiyi bildirilir. Beləliklə, tədbirlər yalnız ənənəvi sosial şəbəkələri deyil, musiqi və uşaq məzmunu platformalarını da əhatə edə bilər.

Bəzi şirkətlər artıq hökumətə xəbərdarlıq ediblər ki, tövsiyə alqoritmlərinin söndürülməsi onların xidmətlərinin fəaliyyətinə ciddi təsir göstərə bilər.

Məlumata görə, məhdudiyyətlərin ilk mərhələsinin mart ayında qüvvəyə minməsi, daha sonra isə yaz aylarında elektron ticarət platformalarının da əhatə dairəsinə daxil edilməsi müzakirə olunur. Vinted və eBay kimi xidmətlərdə mesajlaşma və tanımadığınız şəxslərlə ünsiyyət imkanları risk amili kimi qiymətləndirilir.

Qeyd edək ki, Böyük Britaniya hökuməti 2026-cı ilin iyununda 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa planını açıqlayıb. Həmin məhdudiyyətlərin 2027-ci ilin yazında qüvvəyə minməsi gözlənilir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə