Əsas məzmuna keç
Bakı +10°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

Dövlət Xidmətinin Gəncə regional idarəsinə yeni rəis təyin edilib

Dövlət Xidmətinin Gəncə regional idarəsinə yeni rəis təyin edilib

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə regional idarəsinə yeni rəis təyin edilib.

Məlumata görə, bununla bağlı mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb. Əmrə əsasən, həmin vəzifəyə Nail Surxay oğlu Məmmədov təyinat alıb.

N.Məmmədovun bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyində və "Asan Xidmət"də rəhbər vəzifələrdə çalışdığı bildirilir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə