Əsas məzmuna keç
Bakı +11°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Rəsmi

Dövlətin "Diqlas"ın sahibkarlarına dəstək planı - AÇIQLANDI

Dövlətin "Diqlas"ın sahibkarlarına dəstək planı - AÇIQLANDI

“Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğınla əlaqədar bir sıra addımlar atılacaq”.

"Businessinsider.az" xəbər verir ki, bunu Prezident İlham Əliyevin iştirakı ilə bu gün Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar keçirilmiş müşavirədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

O, ticarət mərkəzində icarədə olan sahibkarlara dəyən ziyanın müəyyənləşdirilməsi ilə bağlı görüşlərin keçirildiyini və ziyanla bağlı ilkin məlumatların alındığını diqqətə çatdırıb. Nazir iş adamlarına bir neçə istiqamətdə ilkin dövlət dəstəyinin göstəriləcəyini, müəyyən hallarda güzəştli kreditlərdən istifadə edilməsi ilə bağlı mexanizm üzərində işlənildiyini, sahibkarların yeni ticarət mərkəzi tikilənə qədər digər ticarət mərkəzlərində yerləşdirilməsi istiqamətində işlərin aparıldığını vurğulayıb. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə