Əsas məzmuna keç
Bakı +10°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsi yaradıldı - NAZİRDƏN ƏMR

Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsi yaradıldı - NAZİRDƏN ƏMR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq Əmri ilə nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin paytaxtdakı 1, 2, 3, 4, 5, 6 və 23 saylı regionlar üzrə Dövlət Əmək Müfəttişliklərinin bazasında Xidmətin Bakı şəhər İdarəsi yaradılıb.  

Nazirlikdən "ENA"ya daxil olmuş məlumata görə, məqsəd Dövlət Əmək Müfəttişliyi Xidmətinin strukturunun optimallaşdırılması və qurumun idarəetməsinin yaxşılaşdırılması, yerli qurumların fəaliyyətinin səmərəliliyinin artırılmasıdır.

Əmrlə həmçinin Xidmətin yerli orqanları haqqında Əsasnamə və Xidmətin strukturu da təsdiq edilib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə