Əsas məzmuna keç
Bakı +8°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Rəsmi

İlham Əliyev Bolqarıstanda səfərdədir

İlham Əliyev Bolqarıstanda səfərdədir

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasına işgüzar səfərə gedib.

ENA.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Sofiya şəhərinin hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Bolqarıstanın Baş nazirinin iqtisadi siyasət üzrə müavini, nəqliyyat və kommunikasiya naziri Hristo Aleksiev, Prezidentin xarici əlaqələr üzrə katibi Roussi İvanov və digər rəsmi şəxslər qarşılayıblar.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə