Əsas məzmuna keç
Bakı +11°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sağlamlıq

İmmunitet sertifikatının vaxtı çoxdan bitibsə, neçə doza vaksin olunmalıyıq?

İmmunitet sertifikatının vaxtı çoxdan bitibsə, neçə doza vaksin olunmalıyıq?

İmmunitet sertifikatının müddəti çoxdan bitmiş şəxslər də yalnız bir doza vaksin olunacaqlar.

Bu barədə “Qafqazinfo”ya TƏBİB-dən məlumat verilib. Bildirilib ki, koronavirusa yoluxub immunitet sertifikatı əldə edən, lakin bu sertifikatın etibarlılıq müddətindən 6 aydan sonra vaksin olunmayan şəxslər üçün də yalnız bir – “buster” doza peyvənd kifayətdir.

Qeyd edək ki, yoluxma tarixindən 6 ay sonra “buster” doza vurularsa, “İmmunitet sertifikatı” müddətsiz təqdim olunur. “İmmunitet sertifikatı” koronavirusa yoluxduqdan sonra yaranan immun cavabı təsdiq edir. COVID-19 xəstəliyini keçirmiş və rəsmi qeydiyyata düşmüş şəxslər “İmmunitet sertifikatı” əldə edə bilərlər.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə