Əsas məzmuna keç
Bakı +11°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
ENA+

İran uranı 20 faizədək zənginləşdirdiyini elan edib

İran uranı 20 faizədək zənginləşdirdiyini elan edib

“Dekabrın 4-də təxminən axşam saat 7-də uranın 20 faizədək zənginləşdirilməsinə nail olduq”.

ENA.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəsmi nümayəndəsi Bəhruz Kamalvəndi bildirib.

!@#

Qeyd edək ki, İran Fordodakı nüvə obyektində uranı 20 faiz səviyyəsində zənginləşdirməyə başlayıb. Bir müddət əvvəl İran parlamenti “Sanksiyaların ləğvi üzrə strateji tədbirlər haqqında” qanun layihəsini ratifikasiya edib.

Xatırladaq ki, uranın 20 faiz səviyyəsində zənginləşdirilməsi hərbi məqsəd üçün istifadə edilə bilər.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə