Əsas məzmuna keç
Bakı +11°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Hi-Tech

Meta öz süni zəka modelini kommersiya məqsədləri üçün açdı

Meta öz süni zəka modelini kommersiya məqsədləri üçün açdı

“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi Meta, Microsoft da daxil olmaqla böyük bulud provayderləri ilə əməkdaşlıq edərək, Llama 2 süni intellekt dili modelini kommersiya baxımından istifadəyə verir.

Meta tərəfindən edilən şərhdə, Llama 2-nin yeni versiyasının tədqiqat və kommersiya məqsədli istifadə üçün açıq mənbə olaraq pulsuz təqdim ediləcəyi ifadə edilib.

Açıqlamada, Llama-2 üçün üstünlük verilən tərəfdaş kimi Microsoft ilə ortaqlığın daha yüksək səviyyəyə qaldırıldığı bildirilib və məhsuldar süni intellekt sahəsində səylərin genişləndirildiyi vurğulanıb.

Bəyanatda paylaşılıb ki, bu gündən etibarən Llama-2 "Azure AI" model kataloqunda əlçatan olacaq və bu, Microsoft Azure-dan istifadə edən tərtibatçılara məzmunun filtrasiyası və təhlükəsizlik xüsusiyyətləri üçün buludda yerli vasitələrdən istifadə etməyə imkan verəcək.

Llama-2 yerli olaraq Windows-da işləmək üçün optimallaşdırılıb və o, müxtəlif platformalarda müştərilərə məhsuldar süni intellekt təcrübəsi təqdim edərkən tərtibatçılara problemsiz iş axını təmin edəcək.

Bəyanatda Llama 2-nin Amazon Web Services (AWS), Hugging Face və digər provayderlər vasitəsilə də mövcud olacağı açıqlandı.
 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə