Əsas məzmuna keç
Bakı +8°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

“Muğanbank”ın səhmdarlarının sayı azaldı

“Muğanbank”ın səhmdarlarının sayı azaldı

“Muğanbank”ın səhmdarlarının tərkibində dəyişiklik baş verib və gəzən söz-söhbətlərə görə, “əldəyişməsi” olub.

ENA.az Banka istinadən xəbər verir ki, 19 noyabr 2022-ci il tarixində Bankın səhmdarlarından biri Maqbet Mehdiyev vəfat edib. Səhmlərin köçürülməsi qanuni prosedurlara tabedir və proses 31 dekabr 2022-ci il tarixinə tamamlanıb.

31 dekabr 2022 tarixinə Banka, əməliyyatları öz mülahizələri əsasında və öz maraqları çərçivəsində idarə etmək səlahiyyətinə malik olan Elmir Mehdiyev nəzarət edir.

Qeyd edək ki, Elmir Mehdiyev 67.74%, Maqbet Mehdiyev 11.58%, Vəfa Vəliyeva 10.65%, Fəridə Mehdiyeva 10.03% paya malik idi. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə