Əsas məzmuna keç
Bakı +11°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Notariat hərəkətləri barədə sənədləri arxivə təhvil verməyənlər - CƏRİMƏLƏNƏCƏK

Notariat hərəkətləri barədə sənədləri arxivə təhvil verməyənlər - CƏRİMƏLƏNƏCƏK

Azərbaycanda xüsusi notarius işləmiş şəxs tərəfindən notariat hərəkətləri barədə sənədlərin dövlət notariat arxivinə təhvil verilməməsinə görə cəza müəyyənləşib.

ENA.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.

Dəyişikliklə məcəlləyə 391-1 (Xüsusi notarius işləmiş şəxs tərəfindən notariat hərəkətləri barədə sənədlərin dövlət notariat arxivinə təhvil verilməməsi) maddəsi əlavə olunub.

Yeni maddəyə əsasən, fəaliyyətinə xitam verilən xüsusi notarius tərəfindən aparılan notariat hərəkətləri barədə sənədlərin 1 ay müddətində dövlət notariat arxivinə təhvil verilməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Milli Məclisin bugünkü iclasında Məcəlləyə dəyişiklik müzakirələrdən sonra III oxunuşda qəbul edilib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə