Əsas məzmuna keç
Bakı +8°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
VakansiyalarVakansiya

PAŞA Holdinq işçi axtarır - VAKANSİYA

PAŞA Holdinq işçi axtarır - VAKANSİYA

PAŞA Holdinq təcrübəli namizədləri Gənc HR Data Analitiki vəzifəsinə dəvət edir.

İşin təsviri

  • İR datanın, göstəricilərin və statistikanın toplanması, qruplaşdırılması və təhlil edilməsi;
  • Platformada İR datanın keyfiyyətinin qorunması;
  • Mövcud daxili datanın kənar statistik məlumatlar və meyarlar ilə müqayisə edilməsi;
  • Əsas statistik təhlilin aparılması, trendlərin müəyyən edilməsi və datanın təhlili əsasında tövsiyyələrin verilməsi;
  • Biznes təhlillərin yazılması və tələb olunan halda daha dərin tədqiqatların aparılması;
  • İşçilərin cəlb edilməsi, məmnuniyyəti, işdən çıxarılması işə qəbul analitikası üçün işçi datasının toplanması və sorğunun tərtibatı, təhlili daxil olmaqla İR layihələrinə dəstək göstərilməsi;
  • Nəticələri İR komandasına və rəhbərliyə çatdırmaq üçün tablolar, hesabatlar və təqdimatların hazırlanması;

Tələb olunan təhsil, təcrübə və bacarıqlar

  • Data sahəsində 1+ il təcrübə, İR və ya biznes data analitikasında təcrübə üstünlükdür;
  • Datanı toplamaq, qruplaşdırmaq və təhlil etmək kimi bağarıqlarını özündə birləşdirən analitik düşüncə;
  • Güclü problem həll etmə bacarığı;
  • Detallı məlumatları özündə əks etdirən cədvəlləri, qrafikləri və təqdimatları hazırlamaq bacarığı;
  • Data bazaları texnologiya və alətləri ilə, datanın yerləşdirilməsi, transformasiyası və prosesləşdirilməsində təcrübə;
  • Yüksək səviyyədə tədqiq etmək bacarığı;
  • Microsoft Office Suite ilə işləmək bacarığı;
  • Power BI, Tableau və ya QlikView kimi data vizuallaşdırılması alətləri ilə təcrübə üstünlükdür;
  • Azərbaycan və ingilis dillərini səlis bilmək, rus dili biliyi isə üstünlükdür;

Müraciət etmə qaydası

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə