Qazaxıstanda interneti kəsdilər

Qazaxıstanda bütün ölkə üzrə internet verilişi dayandırılıb.
ENA.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı internetin fəaliyyətini təhlil edən “NetBlocks” təşkilatı yayıb.
!@#
Qazaxıstanın bəzi dövlət orqanlarının xaricdən girişinə məhdudiyyət qoyulub. Həmçinin bir neçə KİV orqanının saytına giriş bağlanıb.











