Əsas məzmuna keç
Bakı +11°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Qəhvənin qiyməti 12 aylıq rekordu yeniləyib

Qəhvənin qiyməti 12 aylıq rekordu yeniləyib

Bu ilin noyabr ayında dünya bazarında qəhvənin 1 funtunun (454 qram) qiyməti 10,1% artaraq 1,07 ABŞ dollarına çatıb ki, bu da 12 aylıq rekord göstəricidir. 

"ENA" bu barədə “İnterfax”a istinadən xəbər verirş 

Beynəlxalq Qəhvə Təşkilatının (İCO – İnternational Coffee Organization) hesabatına görə, 2019/2020-cı məhsul ilində qəhvənin 502 min kisəlik defisitlə 0,9% azalaraq 167,399 min kisə istehsal olunacağı, istehlakının isə 1,5% artaraq 167,901 min kisəyə çatacağı gözlənilir. Odur ki, qiymətin bundan sonra da artacağı proqnozlaşdırılır. 

Xatırladaq ki, bu ilin oktyabr ayında dünyada qəhvə ixracının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 13,4% azalaraq 2017-ci ilin sentyabr ayından sonrakı dövr üçün minimum həddə - 8,91 milyon kisəyə düşüb. Buna səbəb kimi əlverişsiz hava şəraiti və dünya bazarlarında uzun müddət davam edən aşağı qiymətlər göstəriilir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə