Əsas məzmuna keç
Bakı +8°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İnşaat və əmlak

"Royal Bank" və "Bank Standard"ın əmlakı hərraca çıxarılacaq

"Royal Bank" və "Bank Standard"ın əmlakı hərraca çıxarılacaq

Yanvarın 12-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Royal Bank" ASC-nin avadanlıq və əşyalarının, yanvarın 19-da isə "Bank Standard" QSC-nin daşınmaz əmlakının satışı üzrə açıq hərraclar keçiriləcək.

ENA.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Xatırladaq ki, "Bank Standard"a məxsus, ümumi sahəsi 9 241,5 kv.m olan qeyri-yaşayış sahəsinin satışı ilə bağlı dekabrın 22-nə təyin olunmuş ilkin hərrac baş tutmamadığından, təkrar hərracın keçirilməsinə qərar verilib. Əmlaka 29 milyon manat qiymət qoyulub. "Royal Bank"a məxsus daşınar əmlakların qiyməti isə 10 min manatdır.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə