Əsas məzmuna keç
Bakı +11°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Sahibkarlıq sahəsində aparılan yoxlamaların siyahısı artırıldı - YENİ QANUN

Sahibkarlıq sahəsində aparılan yoxlamaların siyahısı artırıldı - YENİ QANUN

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə layihə müzakirəyə çıxarılıb.

“ENA” xəbər verir ki, qanunun 2.2-ci maddəsində "vergi yoxlamalarına" sözlərindən sonra", tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara" sözləri əlavə edilir, 10.3-cü maddəsində isə "sahəsində" sözü", yanğın nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahələrində" sözləri ilə əvəz edilir.

Bundan başqa, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunda dəyişiklik edilməsi barədə də layihə müzakirəyə çıxarılıb.

Belə ki, qanunun 2.1-ci maddəsinə "ilə bağlı yoxlamalar," sözlərindən sonra "yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar," - sözləri əlavə edilir.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə