Əsas məzmuna keç
Bakı +12°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Sədr: “Azəristiliktəchizat” subsidiya ilə işləyir, bizdə tariflər aşağıdır

Sədr: “Azəristiliktəchizat” subsidiya ilə işləyir, bizdə tariflər aşağıdır

“Azəristiliktəchizat” bu gün subsidiya ilə işləyir, sirr deyil ki, bizdə tariflər aşağıdır”.

Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Azəristiliktəchizat” ASC-nin sədr əvəzi İlham Mirzəyev deyib.

O bildirib ki, bu gün subsidiyanın mərhələli şəkildə azaldılması istiqamətində addımlar atılır: “2023-cü ildə Nazirlər Kabinetinin təsdiq etdiyi qərarla yaşayış sahəsi ümumi sahə ilə əvəzlənib. Bu addım gəlirlərin müəyyən qədər artmasına imkan verib, belə ki, bu qərar bizə təxminən 2 milyona yaxın əlavə gəlir gətirdi. 2025-ci il yanvarın 1-dən tariflər 30 qəpik civarında müəyyən olunub. Bu da gəlirlərin iki dəfə artımı deməkdir. Ona görə də istənilən istilik təchizatı obyektinin “Azəristiliktəchizat”ın balansına verilməsi əlavə xərc olmaqla yanaşı, əlavə subsidiya da tələb edir”.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə