Əsas məzmuna keç
Bakı +10°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sığorta

Sığorta şirkətinin səhmdarları auiditorun seçilməsi məsələsini müzakirə edəcək

Sığorta şirkətinin səhmdarları auiditorun seçilməsi məsələsini müzakirə edəcək

Bu ilin dakabrın 6-da saat 10:00-da “İpək Yolu Sığorta” ASC-nin səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"BI" şirkətə istinadən xəıbər verir ki, yığıncaqda “İpək Yolu Sığorta”nın 2018-ci ildə maliyyə-təsərrüfat fəaliyyətinin auditi məqsədilə müstəqil auditorun seçilməsi və sair məsələlər müzakirə olunacaq.

Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ ilə bağlı materiallarla tanış olmaq üçün “İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyətinin baş ofisinə müraciət edə bilərlər. Sənədlər üzrə məsul şəxs Quliyeva R. Ə. təyin edilib. 

Xatırladaq ki, "İpək Yolu Sığorta" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb, "Silkway Holding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,77 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 844 manat olan 17 500 səhm əsasında formalaşıb. Səhmlərin 38,74%-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38,74%-i Məlahət Cahangir qızı Əsgərovaya, 19,05%-i "Silkway Airlines" şirkətinə, 3,47%-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə