Əsas məzmuna keç
Bakı +10°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Elm və texnologiya

“Starbucks” və “Pepsi” də “Facebook”dan - REKLAMLARI ÇIXARIR

“Starbucks” və “Pepsi” də “Facebook”dan - REKLAMLARI ÇIXARIR

Amerikan şirkətlərinin “Facebook”a qarşı elan etdiyi etiraz aksiyasını “Starbucks” da dəstəkləyib. Qeyd edildiyi kimi, “Starbucks” iyul və avqust aylarında bu sosial şəbəkədə reklam yerləşdirməkdən imtina edib.

ENA.az Banker.az-a istinadən xəbər verir ki, FOX Business-in verdiyi məlumata görə, etiraz aksiyasına həmçinin “Pepsi” şirkəti də qoşulacaq.

Ümumilikdə yüzdən çox şirkət bu aksiyaya qoşulub. Etirazçıların fikrincə, “Facebook” və digər sosial şəbəkələr nifrət oyadan paylaşımlara nəzarət etmir.

“Bloomberg”in qiymətləndirmələrinə görə, etiraz aksiyası nəticəsində “Facebook”un bazar dəyəri 56 milyard, Mark Çukerberqin sərvəti isə 7 milyard dollar azalıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə