Əsas məzmuna keç
Bakı +9°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Biznes

Türkiyənin ixracatçı şirkəti Azərbaycan bazarından çıxdı

Türkiyənin ixracatçı şirkəti Azərbaycan bazarından çıxdı

Azərbaycan bazarını daha bir xarici şirkət tərk etdiyini açıqladı.

ENA.az xəbər verir ki, “Hadra İmport-Eksport LTD” Məhdud Məsuliyyətli Cəmiyyət ləğv olunduğunu elan edir.

Kreditorlar iki ay ərzində tələblərini AZ5022 Xırdalan şəhəri, Abşeron rayonu, Bakı-Sumqayıt şossesi 6-cı km küçəsi ünvanına bildirə bilərlər.

Bildirək ki, bu şirkət Türkiyənin meyvə-tərəvəz sektorunda istehsalçı və ixracatçı şirkətidir. Türkiyədən hər cür meyvə və sitrus, limon və portağal ilə təmin edə bilir.

“Hadra İmport-Eksport LTD” MMC Azərbaycanda 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Ləğv edilən şirkətin nizamnamə kapitalı 196 000 manat idi və qanuni təmsilçisi Vüqar Cəfərov idi.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə