Əsas məzmuna keç
Bakı +10°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Biznes

"Veysəloğlu" şirkəti AYİB-dən 7 milyon manat kredit aldı: LİKVİDLİYİ TƏMİN ETMƏK ÜÇÜN

"Veysəloğlu" şirkəti AYİB-dən 7 milyon manat kredit aldı: LİKVİDLİYİ TƏMİN ETMƏK ÜÇÜN

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Azərbaycanın "Veysəloğlu" şirkətlər qrupununa 7 milyon manat və ya 3,5 milyon avro kredit verdi. Kredit dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi üçün verilib. 

"Bu layihə Bankın COVID-19 pandemiyasına qarşı verdiyi cavab kontekstində təsdiqlənib. Kredit, hazırki əlverişsiz bazar mühitində şirkətin lazımi likvidliyini və dövriyyə kapitalına olan ehtiyacını təmin edəcək", - deyə məlumatda bildirilir. 

Bankın məlumatına görə, "Veysəloğlu" şirkəti AYİB ilə 2007-ci ildən əməkdaşlıq edir. 2014-cü ilin may ayında bank istehsalını genişləndirmək üçün şirkətə 9 milyon dollar kredit vermişdir. 

Hazırda bankın Azərbaycandakı aktiv portfelinə 38 layihə daxildir ki, bunlara təxminən 1,4 milyard avro ayrılıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə