Vilayət Eyvazov polkovniki Bakıda DYP rəisi təyin etdi

Daxili İşlər Nazirliyində(DİN) növbəti kadr dəyişikliyi baş tutub.
Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Rafiq məmmədov Qaradağ Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
!@#
Xatırladaq ki, Qaradağ Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi, polis mayoru Vüqar Orucov bir neçə gün bundan əvvəl vəzifəsindən azad olunaraq Tovuz rayon 10 saylı Regional İmtahan-Qeydiyyat və Texniki Baxış Şöbəsinin (“MERO”) rəisi təyin edilib.
Qeyd edək ki, Qaradağ Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifəsinə təyin Rafiq Məmmədov uzun illərdir polis orqanlarında çalışır, o Gəncə Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, Suraxanı və Xəzər Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifələrində çalışıb.











