Əsas məzmuna keç
Bakı +10°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sağlamlıq

Xəstəxanalarda pulsuz tibbi xidmətlərin sayı ARTIRILDI

Xəstəxanalarda pulsuz tibbi xidmətlərin sayı ARTIRILDI

Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə Agentlik tərəfindən layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub.

!@#

ENA.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2021-ci ildə və 2022-ci ilin ilk 3 ayı üzrə fəaliyyəti ilə bağlı mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə,700 tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi, ümumilikdə 3000-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur.

“Koxlear implantasiya əməliyyatının sayının 400-ə qədər (əvvəlki say 300), endoprotezləşdirmə əməliyyatının isə 1200-ə qədər artırılması təklif edilib (əvvəlki say 300). İlkin səhiyyə xidməti, TTTYX, laborator, ambulator və stasionar tibbi xidmətlər üzrə Agentlik tərəfindən tibb müəssisələrinə ödənilən 1000-dən çox xidmətin tarifi artırılıb” - deyə sədr bildirib

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə