"Brent" markalı neft 4 dollara yaxın ucuzlaşdı - SON QİYMƏT
Dünya birjalarında neft ucuzlaşıb.
"BI" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 4,21 dollar və ya 7,71% azalaraq 50,42 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 3,80 dollar və ya 6,07% azalaraq 58,80 dollar təşkil edib.


















