Neft bahalaşmağa başlayıb
Dünya birjalarında neft bahalaşmağa başlayıb
"BI" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,39 dollar və ya 0,77% artaraq 50,81 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,77 dollar və ya 1,31% artaraq 59,57 dollar təşkil edib.


















