Dünya birjalarında neft bahalaşıb
Dünya birjalarında neft bahalaşmağa başlayıb
"BI" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,18 dollar və ya 0,35% artaraq 51,63 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,25 dollar və ya 0,42% artaraq 59,76 dollar təşkil edib.

















