Neft kəskin bahalaşdı
Dünya birjalarında neft bahalaşmağa başlayıb.
"BI" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 2,70 dollar və ya 5,30% artaraq 53,63 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,97 dollar və ya 4,99% artaraq 62,43 dollar təşkil edib.

















