Neft bahalaşır
Dünya birjalarında neftin qiyməti artıb.
"BI" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,61 dollar və ya 1,15% artaraq 53,56 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,63 dollar və ya 1,02% artaraq 62,32 dollar təşkil edib.


















