Neft ucuzlaşdı
Dünya birjalarında neftin qiyməti azalıb.
"BI" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,97 dollar və ya 1,82% azalaraq 52,28 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,18 dollar və ya 1,90% azalaraq 60,90 dollar təşkil edib.


















