Neft bahalaşmağa başlayıb - QİYMƏT
Dünya birjalarında neftin qiyməti artıb.
"BI" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1,12 dollar və ya 2,18% artaraq 52,61 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,61 dollar və ya 2,68% artaraq 61,67 dollar təşkil edib.

















