Neft bahalaşmağa başlayıb - QİYMƏT
Dünya birjalarında neftin qiyməti artıb.
"BI" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,08 dollar və ya 0,16% artaraq 51,08 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,06 dollar və ya 0,10% artaraq 60,03 dollar təşkil edib.


















