Dünya birjalarında - NEFTİN QİYMƏTİ
Dünya birjalarında neftin qiyməti artıb.
"BI" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,61 dollar və ya 1,18% artaraq 52,26 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,66 dollar və ya 1,10% artaraq 60,86 dollar təşkil edib.


















