Neft ucuzlaşdı
Dünya birjalarında neftin qiyməti azalıb.
"BI" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,15 dollar və ya 0,29% azalaraq 52,43 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,36 dollar və ya 0,59% azalaraq 61,09 dollar təşkil edib.


















