Neft dəyərini itirir - SON QİYMƏT
Dünya birjalarında neftin qiyməti azalıb.
"BI" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,12 dollar və ya 0,22% azalaraq 53,89 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,18 dollar və ya 0,29% azalaraq 62,51 dollar təşkil edib.


















