Əsas məzmuna keç
Bakı +15°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Avtomobil

BMW 8,5 milyon avro cərimə ödəyəcək

BMW 8,5 milyon avro cərimə ödəyəcək

Avtomobil istehsalçısı olan BMW tullantı qazlarının təmizlənməsi sistemlərinə nəzarət üzrə icazə verilməyən avadanlıqdan istifadə etdiyinə görə 8,5 milyon avro cərimə ödəyəcək.

Bu barədə DPA agentliyi Münhen Prokurorluğunun məlumatlarına istinadən məlumat verib.

Qeyd edək ki, prokurorluq şirkətə qarşı 2018-ci ilin əvvəlində iddia qaldırmışdı. O zaman "BMW 750xd" və "M550xd" modellərindən olan 7,6 min avtomobilə quraşdırılmış mexanizmlərin işində uyğunsuzluq olduğu aşkar edilmişdi.