Dünya birjalarında - NEFTİN QİYMƏTİ
Dünya birjalarında neftin qiyməti azalıb.
"BI" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,37 dollar və ya 0,67% azalaraq 55,11 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,25 dollar və ya 0,39% azalaraq 65,51 dollar təşkil edib.


















