Qızıl və gümüş rekord dərəcədə bahalaşıb (29.01.2026)
Geosiyasi və iqtisadi qeyri-müəyyənliklər fonunda investorların təhlükəsiz aktivlərə üz tutması nəticəsində qızıl və gümüşün bir unsiyasının qiymətləri rekord səviyyədə bahalaşıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızıl fyuçersləri 4.60% dəyər qazanaraq 5586 dollara bərabər olub.
Qeyd edək ki, gümüşün qiyməti 120 dollar həddini aşmağa yaxındır. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri 4.31% bahalaşaraq 118.42 ABŞ dolları təşkil edib.


















