Elm və Texnologiya

Qəbul imtahanlarının tarixi açıqlanıb

Ali təhsil müəssisələrinə qəbul imtahanının (II mərhələ I cəhd) tarixi açıqlanıb.

Bu barədə Dövlər İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, II və III ixtisas qrupları üzrə imtahanlar mayın 24-ü, I və IV qrupları üzrə imtahanlar iyunun 7-si olacaq. Həmçinin Coğrafiya fənni üzrə əlavə imtahan iyunun 7-də keçiriləcək.

Qeyd edək ki, bu gündən qəbul imtahanında iştirak üçün qeydiyyat prosesi başlayıb və aprelin 29-dək davam edəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)