Müharibədən zərərçəkən BƏƏ maliyyə yardımı istəyir
The Wall Street Journal (WSJ) qəzetinin ABŞ rəsmilərinə istinadən yaydığı xəbərə görə, ABŞ/İsrail–İran münaqişəsi fonunda enerji infrastrukturu zərər görən və tanker daşımalarında məhdudiyyətlərlə üzləşən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) mümkün maliyyə təzyiqlərinin qarşısını almaq üçün addımları müzakirə edir.
İddialara əsasən, BƏƏ rəsmiləri ötən həftə Vaşinqtonda ABŞ Maliyyə naziri Scott Bessent və digər rəsmilərlə görüş keçiriblər. Görüşdə bildirilib ki, indiyədək müharibənin ən ciddi iqtisadi təsirlərindən yayınmaq mümkün olub, lakin gələcəkdə maliyyə dəstəyinə ehtiyac yarana bilər.
Məlumata görə, BƏƏ tərəfi likvidlik riski yaranacağı təqdirdə valyuta ehtiyatlarını gücləndirmək üçün ABŞ-la “döviz svop xətti” yaradılması imkanını da müzakirəyə çıxarıb. Bununla belə, hələlik rəsmi müraciət edilməyib.
Eyni zamanda iddia olunur ki, BƏƏ rəsmiləri dollar ehtiyatlarının azalması halında neft satışları və digər əməliyyatlar üçün Çin yuanı və ya alternativ valyutalara keçidi də nəzərdən keçirir.


















