“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanılıb
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Ağaməliyev saxlanılıb.
ENA.az Banker.az-a istinadən xəbər verir ki, o, dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir.
Cavid Ağaməliyev şübhəli şəxs qismində prokurorluq tərəfinfən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.



















