Sağlamlıq

TƏBİB sədri bu direktoru da işdən çıxardı

Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova da vəzifəsindən azad edilib.

ENA.az xəbər verir ki, o, işdən çıxarılması ilə bağlı ərizə yazdığını Bakupost.az -a təsdiqləyib.

“Bundan sonrakı qərarı TƏBİB verəcək”, - 2023-cü ildən bu vəzifədə çalışmış N.Bəşirova bildirib.

Xatırladaq ki, bu gün Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov və “Yeni Klinika”nın direktoru Barat Yusubovun da işdən çıxarıldığı təsdiqlənib.

Qeyd edək ki, aprelin 17-si TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin olunan Anar Bayramov əsaslı kadr dəyişikliklərinə başlayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)