Sosial iqtisadiyyat

Şahin Bağırov: "Məcəllədəki dəyişikliklər iqtisadi artımı dəstəkləyəcək"

Azərbaycanda Gömrük Məcəlləsinə edilən dəyişikliklər iqtisadi artımı dəstəkləyəcək, beynəlxalq ticarət siyasətini ölkəmizdə inkişaf etdirəcək.

Bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında - "Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi I oxunuşda müzakirəsi zamanı bildirib.

"Gömrük Məcəlləsi bir neçə il bundan əvvəl qəbul edilib. Dünya dəyişdikcə, yeni proseslər beynəlxalq ticarətdə və ümumiyyətlə iqtisadi mühitdə tətbiq olunduqca, bu və digər qanunlarda müəyyən dəyişikliklərin və təkmilləşdirilmənin edilməsi zərurəti yaranır. Bu aspektdən Məcəlləyə dəyişikliklər edilməsi zərurəti var. Məcəllənin əsas hədəfi biznesə dəstək göstərmək, hədəf sahibkarlıq sahəsini genişləndirmək, eyni zamanda gömrük orqanlarının fəaliyyətini tənzimləməkdir. Müxtəlif prosedurlarda ölkəmizə idxal edilən, müxtəlif anbarlarda, gömrük zonalarında, sərbəst iqtisadi zonada saxlanılan yüklər üzərində müxtəlif dövrdə müəyyən əməliyyatların həyata keçirilməsi zərurəti yaranır. Bu nöqtəyi-nəzərdən burada dəqiqliyə ehtiyac var. Yeni layihədə hansı əməliyyatların həyata keçirilməsi, qablaşdırma, çeşidləmə, digər imkanlar daha dəqiq təsvir olunub", - deyə o qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)