BİZNES

“Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib

“Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-yə yeni direktor müavini təyin olunub.

Məlumata görə, bu vəzifəyə Faiq Hüseynov təyinat alıb.

O, 2025-ci ilin iyul ayından indiyə kimi Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin üzvü olub.

Faiq Hüseynov 2024-cü ilin oktyabr ayından 2025-ci ilin iyul ayına kimi Aqrar Sığorta Fondunun Daxili audit və nəzarət şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

O, 1993-cü ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Dünya iqtisadiyyatı üzrə bakalavriat, ADA Universitetində Biznesin təşkili və idarə edilməsi üzrə magistratura təhsili alıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)