Ağstafada İsveçrə şirkəti ilə birlikdə kənd təsərrüfatı və sənaye müəssisələri yaradılacaq
Ağstafa rayonunda İsveçrənin "iCsquared GmbH" şirkəti ilə birlikdə kənd təsərrüfatı və sənaye müəssisələrinin yaradılması nəzərdə tutulur.
Bununla bağlı Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) sənəd imzalanıb.
Sənədi Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və İsveçrə şirkətinin nümayəndəsi Zoltan Péter Sztuchlik imzalayıb. Söhbət plantasiyaların və emal müəssisələrinin yaradılmasından gedir.












