Azərbaycanın 4 ayda ixrac etdiyi azot gübrəsinin həcmi açıqlanıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan 92 min 073,25 ton azot gübrəsi ixrac edilib.
ENA.az Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, bu ilin 4 ayında ixrac olunan azot gübrəsinin dəyəri 34 milyon 589,52 min ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 45,6 %, həcmi isə 2,3 dəfə azalıb.
Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında azot gübrəsinin payı 0,23 % təşkil edir. Bu ilin 4 ayının qeyri-neft sektoru üzrə ixracında payı isə 0,74 % təşkil edib.
4 ayda Azərbaycan xarici ölkələrlə 17 milyard 403 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 11 milyard 879 milyon ABŞ dolları ixracın, 5 milyard 525 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,2 % artıb, idxal isə 32,1 % azalıb.
Karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki "SOCAR Karbamid" zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.

















