BTC ilə bu günə qədər nəql olunmuş Azərbaycan neftinin həcmi açıqlanıb
Bu günə qədər Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə 557 milyon tona yaxın Azərbaycan nefti nəql edilib.
Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 20 il əvvəl – 2006-cı ilin 4 iyun tarixində BTC boru kəməri ilə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker yola salınıb.
BTC boru kəməri vasitəsilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarından hasil edilən neft və "Şahdəniz" yatağından hasil olunan kondensat Azərbaycandan nəql edilir. BTC boru kəməri Səngəçal terminalından başlayıb Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan dəniz terminalınadək uzanır.
2006-cı ilin iyun ayından istismara verilən BTC boru kəmərinin neftlə doldurulmasına 2005-ci il may ayının 10-da başlanılıb və xam neft Ceyhan terminalına 2006-cı il mayın 28-də çatıb.


















