TURİZM

Ryanair 2027-ci ildə aviabiletlərin qiymətində rekord artım gözləyir - SƏBƏB

Ryanair aviaşirkətinin baş direktoru Maykl O'Liri xəbərdarlıq edib ki, 2027-ci ildə Avropada aviabiletlərin qiymətləri rekord səviyyədə arta bilər.

O'Lirinin sözlərinə görə, qiymətlər 20%-dək yüksələ bilər.

“Qarşıdakı 12 ay ərzində Avropada aviabiletlərin qiymətində, məncə, tarixdə ən böyük artım baş verəcək. Sual budur ki, bu artım neftin kəskin bahalaşması nəticəsində yaranan xərcləri qarşılamağa kifayət edəcəkmi? Düşünürəm ki, yox”, - deyə O'Liri bildirib.

Bloomberg-in məlumatına görə, neft qiymətlərinin artmasına davam edən Yaxın Şərq müharibəsi səbəb olur. Nəticədə aviaşirkətlər yanacağın bahalaşması ilə bağlı əlavə xərcləri sərnişinlərin üzərinə qoymağa məcbur qalırlar.

Ryanair Avropada sərnişin sayına və uçuşların sayına görə ən böyük aviaşirkətdir. İrlandiyada qeydiyyatdan keçmiş aşağıbüdcəli daşıyıcı son illərdə Avropa üzrə geniş marşrut şəbəkəsi ilə fəaliyyət göstərib.

Bununla belə, 2026-cı ilin yazında şirkət Berlindəki bazasını payızdan etibarən bağlayacağını və Almaniyaya uçuşların sayını yarıya qədər azaldacağını açıqlayıb. Bu qərara Berlin hava limanının artan rüsumları və yüksək aviasiya vergiləri səbəb olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)