Birja

“AZƏRMAŞ" dollarla istiqraz buraxır: kupon dərəcəsi 9%!

İyunun 8-də Bakı Fond Birjasında “AZƏRMAŞ GROUP” MMC-nin istiqrazları ticarətə buraxılacaq. Emissiya çərçivəsində “AZƏRMAŞ GROUP” ümumilikdə 100 000 ədəd faizli istiqraz buraxacaq. Hər bir istiqrazın nominal dəyəri 100 ABŞ dolları təşkil edir və emissiyanın ümumi həcmi 10 milyon ABŞ dollarına bərabərdir.

İstiqrazlar üzrə illik kupon dərəcəsi 9% müəyyən edilib. Bu isə investorlar üçün sabit gəlirli maliyyə aləti kimi əlavə investisiya imkanı yaradır.

Qeyd edək ki, şirkət Azərbaycanda minik və yük avtomobillərinin istehsalı, idxalı və satışı sahəsində fəaliyyət göstərir və yerli avtomobil sənayesinin inkişafında aktiv iştirak edir.

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)