Philip Morris: Azərbaycan innovasiya ölkəsinə çevrilir
İnnovasiya və iqtisadi transformasiya birlikdə inkişaf etməlidir. Azərbaycanın gələcək iqtisadi inkişafı innovasiya, bilik iqtisadiyyatı və insan kapitalına yatırımlardan asılı olacaq. Bu fikiri TECHOVATİON sammitində çıxış edən Philip Morris şirkətinin Beynəlxalq Əlaqələr üzrə direktoru Aleksey Kim səsləndirib. o bildirib ki, 30 ildir Azərbaycanda fəaliyyət göstərən şirkət kimi ölkənin resurslarla zəngin iqtisadiyyatdan innovasiya yönümlü iqtisadiyyata keçidinin şahidi olub.
Cənab Kim hesab edir ki, Bakı böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ilə dünyada tanınır. Dövlət-özəl sektor əməkdaşlığı, tənzimləyici və qanunvericilik islahatları isə davamlı şəkildə inkişaf etdirilir.
Bilik və innovasiya iqtisadi artımın əsas mənbəyidir
Onun sözlərinə görə, müasir dünyada davamlı iqtisadi artımın əsas mənbələri təbii resurslar deyil, bilik, innovasiya və texnoloji inkişafdır.
"İqtisadi rifahın artması bilik və innovasiya hesabına baş verir. Texnologiyalar, elmi araşdırmalar və innovativ həllər ölkələrin rəqabət qabiliyyətini müəyyən edən əsas amillərə çevrilib".
Bu kontekstdə özəl sektorun inkişafı üçün yaradılan imkanlar, sahibkarlığın təşviqi və biznes mühitinin təkmilləşdirilməsi xüsusi vurğulanıb.
Hüquqi baza investisiyalar üçün vacibdir
A.Kim Natiq Azərbaycanın son illərdə formalaşdırdığı qanunvericilik və institusional bazanı da müsbət qiymətləndirib. Onun sözlərinə görə, dövlət-özəl tərəfdaşlığı haqqında qanun, texniki tənzimləmə mexanizmləri və elmi-tədqiqat sahəsində əməkdaşlıq üçün yaradılmış imkanlar innovasiya ekosisteminin inkişafına mühüm töhfə verir.
Onun sözlərinə görə, biznesin innovasiyalara açıq olması, yeni texnologiyalara investisiya yatırması və daha dayanıqlı istehsal modellərinə keçməsi ümumi iqtisadi inkişafın vacib elementlərindəndir.
"Şirkətlərin transformasiyası ilə iqtisadi transformasiya bir-birindən ayrılmaz anlayışlardır. Hər ikisi düzgün tənzimləmə, şəffaf qaydalar və uzunmüddətli inkişaf strategiyası tələb edir", – deyə o vurğulayıb.
Yaşıl transformasiya və innovasiya bir-birini tamamlayır
Çıxışda qlobal iqlim dəyişiklikləri və karbon emissiyalarının azaldılması istiqamətində aparılan işlərə də toxunulub. Bildirilib ki, alternativ texnologiyaların tətbiqi və innovativ həllərin genişləndirilməsi həm ətraf mühitin qorunmasına, həm də iqtisadi inkişafın sürətləndirilməsinə imkan yaradır.
Bu baxımdan elm, texnologiya və innovasiyalara yatırımlar gələcəyin iqtisadiyyatının formalaşmasında əsas rol oynayacaq.

















