Murad Süleymanov: PAŞA Bank səhmlərinə tələb təklifi iki dəfəyə yaxın üstələyib
PAŞA Bankın IPO-su üzrə tələb təklifi 129 faiz üstələyib.
Bankın İdarə Heyətinin üzvü Murad Süleymanovun sözlərinə görə, ümumi sifariş həcmi 66 milyon manatdan çox olub, yeni səhmdarların sayı isə 17 min 970 nəfəri keçib.
O bildirib ki, sifarişlərin 87 faizi fiziki şəxslərdən daxil olub. 20 min manata qədər səhm alışı isə fiziki şəxslərin yerləşdirməsinin 21 faizini təşkil edib.
Sifarişlərin 55 faizi rəqəmsal kanallar vasitəsilə qəbul olunub.
Nəticədə investorların 99,9 faizi və ya 17 min 972 nəfəri fiziki şəxslər olub.

















